Artıq 3 aydan artıqdır ki, Cahangir Hacıyevə hər iki vəkili ilə görüşə icazə vermirlər. Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. “Sentyabr ayının 20-dən nə mən, nə də Aqil Layicov Cahangir Hacıyevlə görüşə bilməmişik. 13 saylı Cəzaçəkmə müəssisəsinin və Penitensiar xidmətin rəhbərliyinə edilən müraciətlərimizə isə cavab verilmir. Bu gün yenə 13 saylı müəsisəyə getsəm də heç bir əsas olmadan yenə görüşə şərait yaradılmadı”,- deyə vəkil bildirib.
Oxunub: 114