Xocalıdan olan məcburi köçkün, ikinci qrup Qarabağ əlili, şəhid bacısı Telyanə Cavadova Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib.
O, müraciətin bir surətini də İstiqlal.az-a ünvanlayıb. Telyanə Cavadovanın şikayəti Cəlilabad rayonunun prokuroru Taryel Ələkbərovdandır. Şikayətçi yazır: “Mərhum həyat yoldaşım Əsgər Cavadov da ikinci qrup Qarabağ əlili olub. O, Cəlilabad rayonunun prokuroru Tariyel Ələkbərovun qanunsuz əməlləri üzündən yataq xəstəsi oldu bu il noyabrın 16-da dünyasını dəyişdi.
Məlumat üçün deyim ki, kiçik oğlum Cəfər Cavadov dostlarının dəstəyi Cəlilalabd rayonunda ilə Bildiriş ucun qeyd edimki Celilabad rayonunda geyim mağazası açmışdı. Həmin mağazada oğlum Cavadın qayınatası İlqar Quliyev, onun arvadı Nuridə Quliyeva, qızları Jalə və Ləman işçi kimi çalışıb”.
Qarabağ əlili yazır ki, bir müddət sonar oğlu görüb ki, mağazada mallar azalıb. Ona görə də hesabat aparıb və nəticə Cəfər Cavadov üçün gözlənilməz olub. Baş verənləri Telyanə Cavadovanın dilindən eşidək: “Oğlum “atçot” apardıqdan sonar məlum olub ki, mağazada 48 min manat kəsir var. Dərhal araşdırma aparmağa başladıq və nəticədə bizim üçün çox ağır olan faktlarla rastlaşdıq. Bəlli oldu ki, oğlumun qayınatası, qayınanası və baldızları əvvəlcədən əlbir olaraq mağazadan oğurluq ediblər. Əlimizdə onların bu əməli törətdiyinə dair tutarlı faktlar var”.
Şikayətçi bildirir ki, oğlu faktları topladıqdan sonar Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə məlumat verib. Cəlilalab rayon Polis Şöbəsində polkovnik-leytenant Vidadi Əhədov işi araşdırmağa başladı. Telyanə Cavadovanın sözlərinə görə, ortada dələduzluq və oğurluq faktları olmasına baxmayaraq Vidadi Əhədov işi mənimsəmə kimi tövsif edərək araçdırılması üçün Cəlilabad Rayon Prokurorluğuna göndərib: “Vidadi Əhədov işi mənimsəmə kimi tövsif etsə də, İlqar Quliyevin oğurluq faktını etiraf etdiyini qeyd etdi. İlqar Quliyev ona bildirib ki, pulun bir hissəsini oğurlayıb.”
Qarabağ əlili yazır ki, işin gedişi ilə maraqlanmaq istəsələr də, mümkün olmayıb. Hətta mərhum Əsgər Cavadov Cəlilabadda kirayə ev tutub ki, vaxtaşırı prokuroluğa baş çəkə bilsin: “Lakin müstəntiq Nurlan Rəhmanov işin gedişi ilə maraqlanmağa imkan vermirdi. Bir də xəbər tutduq ki, müstəntiq cinayən işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Özü də “yox”a çıxıb. Bizə bu barədə nə yazılı, nə də şifahi şəkildə xəbər verilib. Təsəvvür edin, böyük bir dələduzluq və oğurluq əməlinin Nurlan Rəhmanov 22 günə “araşdırıb” və qərara gəlib ki, burada cinayət faktı yoxdur”.
Şikayətçi yazır ki, bundan sonra president İlham Əliyevə müraciət ediblər: “Müraciətdən sonra Cəlilabadın prokuroru Tariyel Ələkbərov bizə xəbər etmədən Nurlan Rəhmanovun qərarını natamam olduğu qənaətinə gəlib və işi araşdırmaq üçün rayon prokurorluğunun baş stajoru Zöhrab Verdiyevə tapşırıb. Lakin yenə də cinayət faktı ört-basdır edildi. Zöhrab Verdiyev də cinayət işinin rədd edilməsi barədə qərar çıxardı”.
Telyanə Cavadova yazır ki, hazırda ailəsi sahibkarlara yaranan borca əziyyət çəkir: “Haqqında bəhs etdiyim dələduzluq və oğurluq faktı ailəmizi çətin vəziyyətə salıb. Sahibkarlara borcumuz yaranıb. Oğlanlarım təhlükədədi. Hər an ortaya qan düşə bilər”.
Qarabağ əlili Prezidentdən və müraciət etdiyi digər səlahiyyət sahiblərindən məsələni diqqətdə saxlamalarını xahiş edir: “Mən Sizə bi ağbirçək ana, Xocalıdan olan bir köçkün, Qarabağ əlili və şəhid bacısı kimi müraciət edirəm. Bu məsələnin ədalətli araşdırılması barədə tapşırıq verməyinizi xahiş edirəm”.
Şikayətçi müraciətlə yanaşı audio faktları da təqdim edib.
Oxunub: 484