İranın müxtәlif şәhәrlәrindә rejim әleyhinә etirazlar başlayıb. Etirazlara minlәrlә insan qoşulub. Aksiyaçılar rejim rəhbərlərinə qarşı sәrt şüarlar sәslәndiriblәr.
Bu arada ABŞ-dan İrandakı etirazlara әn yüksәk sәviyyәdә dәstәk bəyanatları verilib.
ABŞ prezidenti Donald Tramp tvitter hesabından İranda baş verәn etirazlarla bağlı açıqlama verib.
“Rrejimin korrupsiyasından vә ölkәnin pullarını xaricdә terrora xәrclәnmәsindәn bezәn İran vәtәndaşlarının sivil etirazlarına dair mәlumatlar gәlir. İran hökumәti xalqının özünü ifadә haqları da daxil olmaqla xalqının haqlarına hörmәt etmәlidir. Dünya bu prosesi izlәyir”, – deyә Tramp açıqlamasında bildirib.
Ölkәnin müxtәlif bölgәlәrindәki dinc etiraz xәbәrlәrini izlәdiklәrini bildirәn ABŞ Departamentin sözcüsü Nauert bildirib ki; “İranın liderlәri zәngin tarixi, mәdәniyyәti olan varlı bir ölkәni şiddәt, qan vә xaosa sürüklәyәn, iqtisatiyyatı tükәnmiş bir ölkәyә çevirdi. Prezident Trampın da dediyi kimi İran liderlәrindәn әn çox әziyyәt çәkәn İran xalqıdır. ABŞ dinc etirazçıların hәbs edilmәsini şiddәtlә qınayır. Bütün ölkәlәrә İran xalqını vә onların öz tәmәl haqlarını geri almaq vә korrupsiyaya son qoymaq cәhdlәrini açıq şәkildә dәstәklәmәlәri üçün çağırış edirik.”
azadliq.info
Oxunub: 792