Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları bu gün də davam etdirilib. Lakin təəssüf ki, hələlik bir nəticə yoxdur”.
Bunu APA-ya açıqlamasında axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib. O qeyd edib ki, axtarışların aparıldığı ərazi çox böyükdür: “Hər gün səhər saat 06.00-dan axtarışlara başlayırıq. Hava şəraitini nəzərə alaraq axtarışlara axşam saat 18.00-da fasilə veririk. Axtarışların aparıldığı ərazi çox böyükdür. Orda elə yerlər var ki, qarın qalınlığı 8-10 metrdir. Biz çox çətinliklə həmin əraziləri yoxlayırıq. Lakin təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur. Axtarışları sabah səhər saat 6-da yenidən davam etdirəcəyik”.
Oxunub: 158