Tbilisi Şəhər Məhkəməsi növbəti dəfə Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlını barəsində seçilmiş həbs tədbirini dəyişməkdən imtina edib.
Bu haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.
Onun bildirdiyinə görə, dekabrın 29-da keçirilən sonuncu məhkəmə prosesində cərrahın məhkəmə dövründə girov əvəzində azadlığa buraxılması barədə vəsatətə baxılıb. Ancaq hakim vəsatəti təmin etməyib.
Hakim bundan əvvəl də F.Ceyranlını məhkəmə prosesi dövründə azadlığa buraxmaqdan imtina etmişdi. O zaman hakim qərarını cərrahın şahidlərə təsir edə biləcəyiehtimalı ilə əsaslandırmışdı. Cərrahın məhkəməsində şahid ifadələrinin dinlənilməsi, artıq yekunlaşır. L.Hüseynlinin bildirməsinə görə, proses gələn ilin yanvarında yekunlaşa bilər.
Oxunub: 112