Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə narazılıq ediblər.
Onlar “Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Komitədən bildirilib ki(modern.az), Binəqədi rayonundakı H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkünlər komitəyə gələrək narazılıqlarını bildiriblər.
“Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşqıları binada “mənzilləri” uçurulur. Həmin məcburi köçkünləri komitə rəsmiləri qəbul edib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, “Dövlətqaçqınkom” heç kimin yaşadığı bina və mənzilləri sökmür”.
Oxunub: 560