Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə aksiya keçirmişdilər.
Binəqədi rayonunda, 9-cu mikrorayonda Həmzə Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkünlər evlərinin uçurulmasını dayandırmaq üçün komitədən kömək istəmişdilər.
Qaçqınların etiraz aksiyasına anındaca reaksiya verilib və onlar… gecəylə evlərindən çıxarılıb. Qaçqınların qarşısına şərt qoyulub; istədiyiniz yerə gedə bilərsiniz, kimin getməyə yeri yoxdursa, Haramıdakı köçkün şəhərciyinə aparılacaq. Heç bir etiraz qəbul olunmayıb, müqavimət göstərənlər zorla mənzildən çıxarılıb, əşyaları polisin yollardan tutub gətirdiyi yük maşınlarına yığılaraq naməlum istiqamətə aparılıb.
Ötən il dekabrın 25-də də bu köçkünlər Milli Oftalmologiya Mərkəzinin qarşısındakı Cavadxan küçəsini də bağlamaqla etiraz aksiyası keçirmişdi Etirazçıların sözlərinə görə, bu addımı atmağa səbəb onlara veriləsi evlərin pulla satılmasıdır. Məcburi köçkünlərdən deşişdi ki, evləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində departament rəisi Elman İsmayılov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binqədi rayon üzrə sektor müdiri Abış Məmmədov onlara 5-10 min manatdan satır.
Görünür, bu aksiya hakimiyyətin səbir kasasını daşdırıb və onlar qaçqınlardan biryolluq canlarını qurtaqmaq qərarı veriblər.
Hadisə şahidlərinin, eyni zamanda yollardan zorla tutulub aparılan yük maşını sürücülərinin sözlərinə görə, polislər və mülki geyimlilər sakinlərlə zor tətbiq edib.
azadliq.info
Oxunub: 596