İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 mln. manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 mln. manat güzəştli kredit verilib.
2016-cı illə müqayisədə investisiya layihələrinin sayı 22%, verilmiş kreditlərin məbləği isə 23,2% azalıb.
Fondun ötən ilki fəaliyyəti 6 600-a qədər yeni iş yerinin açılmasına imkan yaradır ki, bu da əvvəlki ilə nisbətən 1 500 iş yeri və yaxud 18,5% azdır.
Oxunub: 32