SOCAR bu gün Bakı və Abşeronda 10 minlərlə insanın yaşadığı ərazilərdə 10 saata yaxın təbii qazın verilməsini dayandırıb.
İnsanlar da əlacsız qalıb bütün gücüilə elektrik qızdırıcalırını işə salıblar və nəticədə elektrik transformatorları dözməyib sıradan çıxıb.
Xırdalanda yaşadığım ərazidə 2 transformator sıradan çıxıb. 199-dan öyərindim ki, onlardan biri yalnız sabah bərpa olunacaq, o birisi isə hələ dəqiq bilinmir.
Nə qədər ki, ölkədə qaz, su və elektrik paylaşdırıcı şəbəkələr büdcə pullarının üstəndə oturan, müştəri qarşısında heç bir məsuliyyət daşımayan dövlət şirkətlərinin idarəçıliyində olacaq, kommunal böhran əbədi problem kimi qalacaq…
Oxunub: 674