Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.
Qərara əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin “Aylıq tarif (vəzifə) maaşı (manatla)” sütununda “116”, “121”, “126” və “132” rəqəmləri müvafiq olaraq “130”, “132”, “134” və “136” rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.
Oxunub: 38