Yaxud, sabahın kökü necə kəsilir?
Bu ölkəyə, bu xalqa vurulan zərbə təkcə maddiyatla bağlı olsaydı, dərdimizə şükr etmək olardı. Amma vəziyyət göründüyündən də ağırdı. Təəssüflər olsun ki, mənəvi zərbə maddi zərbədən çox-çox böyükdü. Təbii ki, ən böyük mənəzi zərbə dəyərlərin aşağılanması, dəyərisliklərin yuxarı başa keçməsidi. Məsələn, ləyaqətlə əldə edilə bilməyəni, yaltaqlıqla əldə etmək olur. Yaxud, xeyir işlə həll olunmayan problemi, kimisə şərləməklə həll etmək mümkündür. Yəni, bütün fəaliyyət insanların qürur hissini öldürməyə, təfəkkürü xəstələndirməyə yönəlib. Ən dəhşətlisi isə ölkədən sürətli beyin axınının olmasıdır. Bəli, bir tərəfdən ölkədki beyinləri yumaqla, o biri tərəfdən düşünən beyinləri ölkədən qaçmağa məcbur etməklə məşğul oldular.
Ekspertlərin araşdırması göstərir ki, son 10 ildə ölkədən 120 min ali təhsilli insan gedib. Bəlkə də, ilk başxışda bu xəbər o qədər də faciəli görünmür. Amma dərindən analiz etdikdə görürük ki, ölkədən 150 milyard dolların oğurlanmasından daha çox, 120 min ali təhsilli insanın qaçması dəhşətlidir. Çünki bu adamalr ölkənin gələcəyidir, bu insanlar ixtisaslı kadrlardı. Deməli, minlərlə həkim, müəllim, elmi işçi, mühəndis, siyasətçi, iqtisadçı və digər peşə sahibləri ölkədən qaçıb. Bu insanlar ölkə üçün böyük sərmayə ola bilərdi. Amma bu insanlar öz potensiallarını yad ölkələrdə xərcləyəcəklər. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikamızı tərk edib. 25-34 yaş kateqoriyasında isə ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib.
Fakitiki olaraq ölkənin sabahı oğurlanır. Bu isə o deməkdir ki, ölkənin təhlükəsizliyi şübhə altındadır. Ən dəhşətlisi isə budur ki, bu proses davam edir. Birmənalı şəkildə demək olar ki, insanların ölkədən qaçmasının səbəbi mövcud idarəçilikdi. Aşağı əməkhaqqı, işsizlik, əməyə qiymət verilməməsi, bütün sahələrdə eyni adamarın hökmran olması, karyera pilləkənini tapşırıqla qalxmaq reallığı, elmsiz adamalrın alim kimi, qaranlıq adamalrın ziyalı kimi təqdim olunması əsas səbəblərdəndi. Adamlar başa düşür ki, bu ölkədə bu şərtlər daxilində perspektiv yoxdur. Reallıq budur ki, normal yaşamaq üçün rejmini qılıncının altından keçməli, cinayətkar təfəkkürlü adamların əlaltısı olmalı, məddahlıq etməlisən. Təbii ki, bu şərtləri hər kəs qəbul edə bilmir və çıxış yolunu ölkədən qaçmaqda görürlər.
Bəli, bütün bu acınacaqlı tablonun rəssamı hakimiyyətdir. Məqsədli şəkildə “beyin əməliyyatı” aparırlar. “Düşünən beyinlər, işıqlı adamlar nə qədər azdırsa, problem də o qədər azdır” prinsipiylə idarə edirlər.
Unutmayaq ki, ölkəni tərk edən bu adamlar, həm də ölkənin sərvətidir. Son 10 ildə 120 min canlı sərvətimiz də talan edilib.
İlham
Oxunub: 526