Bu məhkəmə deyil, sifarişin icrası üçün qurulmuş tamaşa idi
Milli Şura Gözəl Bayramlı haqqında çıxarılmış hökmlə bağlı bəyanat qəbul edib:
Yanvarın 23-dә Qazax rayon mәhkәmәsindә AXCP sәdrinin müavini, Milli Şura Koordinasiya Mәrkәzinin üzvü Gözәl Bayramlıya qarşı quraşdırılmış cinayәt işi üzrә mәhkәmә prosesi başa çatıb vә ona 3 il müddәtinә azadlıqdan mәhrumetmә cәzası kәsilib. Әslindә bu proses mәhkәmә araşdırması yox, şəxsən İlham Əliyevin verdiyi göstәrişin icrası üçün qurulmuş tamaşa idi. Gözәl Bayramlının siyasi sifarişlә şәrlәnәrәk hәbs ediliyi ilk gündәn hәr kәsә bәlli idi. Mәhkәmә zamanı isә bu, bir daha vә daha aydın şәkildә tәsdiqini tapdı. Mәhkәmәnin hәr hansı cinayәt әmәli sübuta yetirilmәdәn belә bir hökm çıxarması ölkәdә әdalәt mühakimәsi adına yol verilәn növbәti rüsvayçılıqdır
Milli Şura bәyan edir ki, bu sifarişli mәhkәmә hökmü Gözәl Bayramlıdan apardığı siyasi mübarizәyә, göstәrdiyi prinsipial mövqeyә, özünün sәrt vә sәrrast çıxışlarına görә hakimiyyәtin qisas almasıdır. Gözәl Bayramlı tәmsil etdiyi AXCP-nin vә Milli Şuranın hakimiyyәtә qarşı intellektual vә meydan mübarizәsindә aparıcı simalardan vә müsbәt mənada fәrqlәnmәklә örnәk yaradan şәxsiyyәtlәrdәn biridir. Hakimiyyәt mәhz buna görә onu hәdәf alıb vә tamamilә saxta, gülünc ittihamla 3 il müddәtinә azadlıqdan mәhrum edib. Bu hökm Gözәl Bayramlının şәxsindәn qisas almaqla yanaşı, hәm dә onun kimi aparıcı simasını “zәrәrsizlәşdirib”, AXCP-nin, Milli Şuranın fәaliyyәtinә zәrbә vurmaq cәhdidir.
Milli Şura bәyan edir ki, indiyә qәdәr olduğu kimi, bundan sonra da hakimiyyәtin repressiv siyasәti qarşısında geri çәkilmәyәcәk, onun qanunsuz vә antixalq әmәllәrini, korrupsioner mahiyyәtini ifşa etmәyә vә ölkәdә xalqın öz hakimiyyәtini formalaşdıra bilmәsi uğrunda mübarizәnin tәşkilinә davam edәcәk. Milli Şura әmindir ki, AXCP buna qәdәr başqa rәhbәr funksionerlәrinin vә fәallarının hәbsi qarşısında sarsılmayıb, mübarizәsini әzmlә davam etdirә bildiyi kimi, sәdr müavini Gözәl Bayramlının hәbsi ilә üzlәşdiyi çәtinliyi dә aşacaq. Milli Şura bunun üçün özünün avanqard tәşkilatı olan AXCP-yә әlindәn gәlәn kömәyi etmәyә hazırdır.
Milli Şura bir daha hakimiyyәtin ölkәdә repressiyanı davam etdirmәsini vә Gözәl Bayramlı haqqında çıxarılan hökmü qәtiyyәtlә pislәyir, hәm Gözәl Bayramlının, hәm dә başqa siyasi mәhbusların tәcili azad olunmasını tәlәb edir.
Oxunub: 308