AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün Ermənistan prezidentinin Strasburqda AŞPA sessiyasında çıxışından sonra onu beynəlxalq ictimaiyyəti aldatmaqda və hərbi cinayətlər törətməkdə ittiham edib.
“Niyə siz öz çıxışınızda Qarabağda hərbi birləşmələrə rəhbərlik etdiyiniz zaman törədilmiş Xocalı soyqırımı haqqında heç nə demədiniz?
Niyə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini yerinə yetirmirsiniz?”, deyə Seyidov Sarkisyanın çıxışından sonra bildirib.
Buna cavab olaraq Sarkisyan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sakitləşməyi məsləhət görüb və qeyd edib k i, “hərbi lider deyil, Qarabağın hüquqları uğrunda ədalətli mübarizənin iştirakçısı olub”.
O, “Xocalı soyqırımını” da inkar edib, bunun ermənilərlə əlaqəsi olmadığını qeyd edib.
“Soyqırım olmayan, həm də Ermənistan tərəfindən törədilməyən bir şeyi soyqırım adlandırmaq nəyə lazımdır?”, deyə o bildirib.
Daha sonra o, Azərbaycanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmaqda ittiham edib.
O, sonda qeyd edib ki, Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil.
“Siz açıq-aşkar bildirirsiniz ki, sizə Qarabağ ermənilərsiz lazımdır. Bu, mümkün deyil. Bu, heç vaxt olmayacaq”, deyə Sarkisyan bildirib.
Azərbaycanın altı nümayəndəsi Ermənistan prezidentinə suallar verməyə çalışıb, amma sədr vaxt çatmadığına istinad edib. (contact.az)
Oxunub: 590