İtaliyanın “L’Espresso” qəzeti keçmiş Fələstin lideri Yasir Әrәfata məxsus gündәliklәri açıqlayıb .
1985-ci ildən 2004-cü ilə qədər 19 cilddə olan gündəliklərdә Körfəz müharibəsi kimi müxtəlif mövzulardan və Әrәfatın keçmiş Kuba diktatoru Fidel Kastro ilə əlaqələrindən danışılır.
Gündәlikdә Әrәfat İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və Bettino Craxinin İtalyan Sosialist Partiyasını maliyyələşdirdiyi iddiasıyla mühakimə olunduqdan sonra Berluskoniyә necə kömək etdiyini dә qeyd edib.
Әrәfat Berluskoninin işi ilə bağlı məhkəmədə ifadə vermək üçün Berluskoni ilә gizli görüşlər keçirir və öz növbəsində bununla bağlı ondan əhəmiyyətli miqdarda da pul alır.
Әrәfat mәhkәmәdә yalan ifadә verәrәk bildirib ki, 5 milyon avro dәyәrindәki pul İtaliya Sosialist Partiyasına deyil, Fәlәstin Azadlıq tәşkilatına mübarizәnin dәstәklәnmәsi üçün ayrılıb.
Gündəliklərdә Әrәfatın hesab nömrələri və digər məlumatları qeyd edilib.
azadliq.info
Oxunub: 462