İqtisadi İnkişaf Nazirliyi gedib Çində Azərbaycanın investisiya mühiti haqqında təqdimat keçirib. Olsun ki, çinli iş adamlarını inandırmağa çalışıblar ki, buradakılar qaz vurub qazan doldururlar…
Amma bir həqiqəti bilmək lazımdır ki, ölkədə həqiqətən də əlverişli investisiya mühiti yoxdursa, bir deyil, yüz dənə belə təqdimat keçirilsə də, əcnəbi iş adamlarını buraya bu yolla cəlb etmək elə də asan olmayacaq. Çünki investor üçün əsas olanı vizual bəzək-düzək deyil, investisiya mühitini xarakterizə edən real göstəricilər və bu göstəricilər üzrə tendensiyalardır.
Ölkə iqtisadiyyatına kredit qoyuluşunun son 4 ilini xarakterizə edən aşağıdakı göstəricilərə diqqət edin! Bu tendensiyadan xəbərdar olan hansı xarici investor buraya ayaq basar?! Alıcılıq qabiliyyətini də nəzərə ala bilmək üçün göstəricilər Mərkəzi Bankın rəsmi məzənnələri nəzərə alınmaqla ABŞ dolları ilə təqdim olunub. Son üç ildə kredit qoyuluşları 23,6 milyard dollardan 6,9 milyard dollara düşüb. Azalma 16,7 milyard dollardır. Kredit portfeli 2015-ci ildə 41 faiz, 2016-cı ildə 33 faiz, 2017-ci ildə 25,5 faiz azalıb. 2014-cü ildəki kredit portfelinin hazırda 71 faizi boşalıb. Əsl iqtisadi fəlakətdir.
Oxunub: 274