Obama Administrasiyası zamanı ABŞ Dövlət katibinin müavini (2010-2015) və USAID-in köməkçisi (2015-2017) işlәyәn və hazırda ABŞ-ın Corc W. Buş İnstitutunda və Xarici Siyasətdə Araşdırma İnstitutunda fәaliyyәt göstәrәn Tomas O. Melia “the-amerikan-interest.com” saytına 2018-ci ildә seçki keçirilәcәk ölkәlәrdәki vәziyyәtlә bağlı yazdığı mәqalәni təqdim edirik. Mәqalәdә Misir, Rusiya, Venesuela, Kamboca, Azәrbaycan, Ruanda kimi ölkәlәrdәki real vәziyyәtә toxunulub.
Son iki yüz illik seçki tarixində müxtəlif üsullardan istifadə edildiyini xatırladan diplomat bu il də bəzi ölkələrdə keçiriləcək seçkilərdə demokratik idarəçilik təəssüratı yaratmaq istəyən avtoritar liderlərin yeni vasitələrə əl atacağını qeyd edib.
Melia ötən ilin iyun ayında Freedom House-nin nümayəndəsi Arch Puddingtonun məqaləsindəki “İstibdadın seçki yolu ilə möhkəmlənməsi” fəslini də xatırladır: “Sənəddə 21 əsrdə seçkilərin saxtalaşdırılması variantları nəzərdə keçirilib. Bunlar müxalifətin qorxudulması, müxalifətin idarə olunan media vasitəsilə ciddi təzyiq altında saxlanılması, yalançı müxalifətin həvəsləndirilməsi, etiraz və fərqli düşüncəyə görə cəzaların tətbiq edilməsidir”.
Diplomat saxta seçkilərin nə üçün keçirildiyi sualı edərək ötən ilin oktyabr ayında Corc Buşun çıxışı zamanı “diqqətəlayiq riyakarlıq” ifadəsini yada salır.
Buş bildirib ki, heç bir demokratiya tiranlığa iddia etmir. Bir çox tiranlıqlar ölkələrinin demokratik olduğunu göstərmək istəyir. Demokratiya siyasi legitimliyi müəyyən edir. Bu dəyişməyib və dəyişməyəcək də.
Diplomat bu il Rusiyada keçiriləcək prezident seçkisində Putinin dördüncü müddətə prezident seçilmək istədiyini yazır. Seçki bülletenində sözdә müxalifәtçi olan ən azı üç namizədin adı olacaq. Bunlardan ikisi Liberal Demokrat Partiyasının sədri Vladimir Jironovski və Kommunist Partiyasının yeni lideri Pavel Qrudindir. Bu namizədlərin heç biri, həmçinin Kseniya Sobçak da seçki kampaniyasında Putinə problem yaratmayacaq.
Əsl müxalifətçilər isә ya seçkidәn kәnarlaşdırılıb ya da öldürülüb. Keçmiş baş naziri, Rusiyanın Ukraynaya müdaxiləsini kəskin tənqid edən 27 Fevral 2015-ci il tarixində evinə gedәrkәn Kremlin yaxınlığında öldürüldü.
2013-cü ildə Moskva bələdiyyə sәdrliyi uğrundakı seçki yarışında səslərin təxminən 30%-i toplayan və korrupsiyaya qarşı mübarizə aparan Aleksey Navalnı seçkilərdən kənarlaşdırılıb. Rusiyada bütün şəhərlərdə yüz minlərlə insanı səfərbər edən Navalnının seçkiyə buraxılmamasına səbəb dəfələrlə müxtəlif ittihamlarla qısa müddətə həbs edilməsi olub.
Navalnı ötən il Newsweek-a müsahibəsində bildirib ki, Putin hər bir real mübarizədən imtina edib və onun sıxışdırılmasıüçün əlindən gələni edir.
Amerikalı diplomat bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub:
“17 Oktyabrda Azərbaycanda prezident seçkilərinə bənzəyən nəsə keçiriləcək. Və əgər tarix nəyisə öyrədirsə, ovuclarını Azərbaycan Dövlət Neft Şirkətinin səxavətində qızdıran bir dəstə çirkli Avropa siyasətçisi bu seçkilərin legitimliyini tərif edəcəklər. Lakn əgər Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli kimi gerçək müxalif siyasətçilər ölkənin mediasından təcrid edilir və dəfələrlə səsvermədən kənarda saxlanılırsa bu seçkilərdə, ümumiyyətlə, heç bir real mübarizədən danışmağa dəyməz”.
Ruanda da 2018-ci ildə parlament seçkiləri keçirilәcək, amma gerçək siyasət baxımından çox şey gözlənilmir. Әvəzində isә müxalifәtin parlamentdәki yerlәrini itirmәsi gözlәnilir. Keçәn ilki prezident seçkilәrindә prezident Paul Kaqamenin 98,5 faizlik Napaleonsayağı qәlәbәsi bu ehtimalları artırır.
Diplomat yazır ki, bu, bu il ciddi qəbul edilmәyәcәk seçkilərdən bir neçəsidir. 2019-cu ildə daha çox olacaq, əmin olun. Axı əksəriyyət zalimlәr demokrat kimi davranır.
azadliq.info
Oxunub: 1784