Milli Şura aprelә tәyin edilәn növbәdәnkәnar prezident seçkisin boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar verib. Qәrarı Milli Şura sәdri Cəmil Həsənli feysbuk sәhifәsindә yazıb.
“Hörmətli Azərbaycan xalqı! Bilirsiniz ki, bu gün İlham Əliyev respublikada növbədənkənar prezident seçkilərinin aprel ayının 11-də keçirmək haqqında sərəncam imzalayıb. Bu sərəncam əsasında seçki kampaniyasının başlanmasına cəmisi 5 gün qalıb. Bildiyiniz kimi ölkədə prezident seçkiləri 2018-ci ilin oktyabr ayının 17-nə təyin edilmişdi və həmin gün hökumət tərəfindən artıq qeyri-iş günü elan edilmişdi. Lakin bu müddət ərzində ciddi bir dəyişiklik baş verməmiş, seçkilərin vaxtını dəyişməyə hər hansı zərurət yaranmamışdı. Milli Şuranın Koordinasiya Mərkəzi buğun növbədənkənar toplantı keçirib bu sərəncamın doğurduğu siyasi, hüquqi, sosial, milli və mənəvi nəticələri geniş müzakirə etmiş, 5 fevral sərəncamını seçki institutunun ələ salınması, onun qalıqlarının məhvi kimi qiymətləndirmişdir. Müzakirələrin gedişində 2013-cü ilin prezident seçkilərinə toxunulmuş və seçkinin nəticələrinin bir gün əvvəl elan olunması, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 58 faiz saxtakarlıq törədilməsi barədə rəyi xatırladılmış, Azərbaycan hakimiyyətinin iki ay sonra – aprel ayının 11-də növbədənkənar seçki keçirmək qərarı növbədənkənar məzhəkə kimi qiymətləndirilmişdir. Milli Şura belə hesab edir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir və 5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir. Bütün bunları nəzərə alaraq bu gün keçirilən toplantısında Milli Şura 11 apreldə prezident seçkiləri adı ilə planlaşdırılan hoqqabazlığın boykot edilməsinə qərar vermişdir. Hakimiyyətinin bu seçki oyununa müqavimət göstərməsi üçün xalqa çağırış edilməsi ,bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə edilməsi nəzərdə tutulmuşdur. Yaxın vaxtda bununla bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin geniş bəyanatı elan ediləcəkdir.”
Milli Şura və AXCP prezident seçkilərini boykot etmək və dinc kütləvi mitinqlərə başlamaq qərarını verdi. Hamıya müraciətimiz var. Canlı yayımda bu barədə danışıram. Paylaşın, hamı bilsin.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 5 februari 2018
Oxunub: 3100