Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının qrafikini açıqlayıb. DİM mətbuat xidmətinin məlumatına görə, imtahanların birinci mərhələsi yazda olacaq: II və III ixtisas qrupları üçün 13 may, I və IV ixtisas qrupları üçün 20 may.
İkinci mərhələ yayda olacaq: I və IV ixtisas qrupları üçün 18 iyul, II və III ixtisas qrupları üçün 26 iyul. V ixtisas qrupu üçün imtahanlar iyulun 10-da keçiriləcək.
Sənədlərin qəbulu martın 29-dan aprelin 30-dək elektron formada qəbul ediləcək. Abituriyentlər dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradacaqlar, sonra müfaviq loqin və paroldan istifadə edərək eservices.dim.gov.az/erizebak/erize səhifəsinə daxil olub “Abituriyentin ərizə forması”nı dolduracaqlar və təsdiqləyəcəklər. Öz ərizəsində I-IV ixtisas qrupları üzrə birinci və təkrar imtahanlarda iştirak etmək istəyən abituriyentlər mayın 17-dən iyunun 14-dək öz loqin və parolundan istifadə edərək eservices.dim.gov.az/erizebak/erize səhifəsində qeydiyyatdan keçməlidirlər. Bu imtahanda iştirak etmək üçün onlar “Şəxsi kabinet”də öz hesablarına vəsait köçürməlidirlər. Birinci imtahanda iştirak etmək arzusunda olduğunu bildirməyən abituriyentlər imtahana qeydiyyatsız buraxılacaqlar.
Birinci və ikinci mərhələdə əvvəlki illərdə olduğu kimi, ölkənin ümumtəhsil müəssisələrinin məzunları iştirak edəcəklər. Qarşıdakı imtahan kampaniyası bəzi dəqiqləşdirmələr tələb edir. Məlum olduğu kimi, builki məzunlar üçün qəbul imtahanları pulsuz olacaq, əvvəlki illərin məzunları üçün həm birinci, həm də ikinci mərhələ pullu olacaq. İmtahanlarda iştirak üçün ödənişin məbləği 20 manatdır. Bu qaydalar kollec, texniki və peşə- texniki məktəblərə daxil olmaq istəyənlərə də şamil edilir. Onlar Azərbaycan və rus dilləri, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Bu ilin məzunları testdən azad edilib.
Hələlik məlum deyil, DİM ötənilki imtahan tarifini dəyişib ya yox. Çünki nəzərə alaq ki, mərkəzin buraxdığı tədris vəsaitləri və materialların qiyməti kağız və poliqrafiya səbəbindən bahalaşıb.
Bundan əlavə(“Turan”), ali məktəblərin və AMEA-nın magistraturasına, Tibb Universitetinin rezidenturasına qəbul imtahanlarının vaxtı açıqlanıb. Belə ki, imtahanların birinci mərhələsi fevralın 25-də, ikinci mərhələ iyunun 3-də olacaq. Rezidenturaya qəbul imtahanı müvafiq olaraq aprelıin 1-də və iyulun 8-də keçiriləcək. Bu imtahanlar da pulludur, ancaq tariflərin dəyişdirilməsilə bağlı DİM-dən məlumat almaq mümkün olmayıb.
Bakıda və ölkə regionlarında orta məktəblərdə və litseylərdə qəbul imtahanlarına gəlincə, ümumi orta təhsil bazası (IX sinif) üzrə imtahanların birinci mərhələsi bu il martın 4,11 və 18-nə, ikinci mərhələdə iyunun 21, 27 və iyulun 3-nə planlaşdırılıb. Həmin günlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları da olacaq.
Oxunub: 364