Amerikanın “Powerball” lotoreyasının qalibi 560 milyon dollarlıq prizini almaq üçün anket məlumatlarını verməkdən imtina edib. Bu barədə “Vaşinqton post” qəzeti yazıb.
Qadın udduğu məbləği məhkəmə yoluyla almaq niyyətindədir. Məhkəmə sənədlərində o, özünü Ceyn Doy – ənənəvi anonim iddialarda olduğu kimi təqdim edib.
Xoşbəxt qalib qəfil varlanmasından bütün şəhər əhalisinin, fırıldaqçıların və cinayətkarların xəbər tutmasından ehtiyatlanır.
«O istəyir ki, şəhərdə rahat gəzsin, ərzaq dalınca sərbəst getsin, şəhər tədbirlərində iştirak etsin, camaat onun miyonçu olduğunu bilməsin” – deyə qadının vəkili vurğulayır.
Qəzet yazır ki, lotoreya təşkilatçıları üçün qalibin adının açıqlanması fırıldaqçılığın olmaması baxımından önəmlidir, biznes maraqları, amerikalılar arasında populyarlıq qazanmaq sarıdan çox vacibdir. Nyu-Gempşir qanunlarına görə, qalibin və şəhərin adı, uduşun məbləği ictimaiyyətə açıqlanmalıdır.
Qadın uduşlu bileti imzalayıb, imzanın dəyişdirilməsi lotoreyanın ləğvi deməkdir.
Oxunub: 538