Niderlandda hüquq müdafiəçiləri ölkəmizdəki avtoritar rejimi təhlil edəcəklər
Sabah, martın 1-də Niderlandda Leiden Universitetində Amnesty İnternational xüsusi olaraq Azərbaycanda insan haqları, söz azadlığı, syasi dustaqlar mövzusunda müzakirələr keçirəcək. Müzakirələrdə Azərbaycandan olan hüquq müdafiəçiləri Arif və Leyla Yunuslar, Avropa Parlamentinin deputatı Kati Piri, Klibgendael İnstitutundan ekspert Paul Meerts, Amnesti İnternetionalın siyasi işlər ofisindən Nikole Sprokel və həmin təşkilatın layihə koordinatoru Jan Uillem Dol məruzəçi qismində çıxış edəcəklər.
Leyla Yunus əməkdaşımızla söhbətində bildirdi ki, o öz çıxışında Amnesty İnternationalın da Azərbaycandakı siyasi məhbuslarla bağlı fəaliyyətində bəzi tənqidi mülahizələrini səasləndirəcək. «Bu təşkilatın Azərbaycandakı siyasi dustaqların sayı, onlara eyni dərəcəli münasibətin göstərilməsi kimi məsələlərdə problemlər var, buna görə də hesab edirəm ki, bu iradları mütləq bildirmək lazımdır».
Dinləmərlə bağlı geniş məlumatı tədbir başa çatandan sonra yaymağa çalışacağıq.
Azadliq.info
Oxunub: 632