Almaniyanın Düsseldorf şəhərindən Türkiyəyə uçmağa hazırlaşan51 yaşlı Gülnarə Babayeva adlı azərbaycanlı həbs olunub. Alman mətbuatının yaydığı məlumatda bu qadının insan alveri ilə məşğul olduğu bildirilir. Bəlli olub ki, Gülnarə Babayeva Bakıda turist firması yaradaraq vətəndaşları Almaniyada yerləşdirməyə çalışmaqla məşğul olub.
Əsas marşrut kimi Çexiyanı seçib və adamları Çexiya vizası ilə Almaniyaya yerləşdirməyə aparırmış. Araşdırma nəticəsində onun ən azı 32 min avro əldə etdiyi bildirilir. Gülnarə Babayevanın qaldığı evdə axtarış aparılarkən 54 pasport və sürücülük vəsiqəsi aşkar edilərək götürülüb.
Oxunub: 824