Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində video müraciətlə xalqı 10 mart mitinqində fəal işiraka səsləyib.
“Ölkənin başlıca siyasi qüvvələri, ictimai hərakatları Azərbaycan hakimiyyətinin seçki saxtakarlığına, korrupsiya siyasətinə, ölkəni məhbus düşərgəsinə çevirməsinə “yox” demək üçün martın 10-da,saat 15-də “Məhsul” stadionunda olacaqdır. Müraciətimiz də bu barədədir. Özünü bu anti-milli rejimə qarşı hazır bilən bütün siyasi qüvvələri və ilk növbədə sizləri bu kütləvi tədbirdə görmək, əzminizi və iradənizi duymaq millətimizin nicat yoludur. Meydan sizi gözləyir”, – deyə C.Həsənli müraciətini təqdim edib.
Oxunub: 760