Rusiyanın “An-26” nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 33 sərnişin və 6 ekipaj üzvü ölüb. Ölənlərin hamısı hərbçidi, onlardan 6-ı mayor, 7-i kapitan, 5-i baş leytenant olub.
Ölənlər arasında general-mayor Vladimir Yeremeyev də var.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatına görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb ola bilər.
Oxunub: 522