İnternet provayderimiz “NarHome”la problemlərimiz bitmir. Bu barədə dəfələrlə yazmışam. Əslində, provayderi dəyişməməyimin səbəbi bəllidir. Bu ölkənin bütün internet təchizatçıları bir-birinə bənzəyir. Xeyli vaxtdır ciddi problem yox idi. Dünəndən yenə kəsiblər. Maraqlı bir məqam da odur ki, eyni şəbəkədən xəttə qoşulan qonşuda internet var, bizdə yox. Dünəndən 6-7 dəfə provayderin müştəri xidmətinə zəng vurmuşam. İllərdir məsuliyyətsizliyə dayanan sistem dəyişmir. Şikayəti qeydə alıb, tezliklə cavab verəcəklərini deyirlər. Dünəndən heç bir səs çıxmadı. Təkrar-təkrar zəng vururam və eyni cavab… Adamı əlaqələndirəcək məsul şəxsləri yoxdur, texniki dəstək qrupu sorğulara 5-6 gün sonra cavab verir, özləri də problemin nə ilə bağlı olduğunu, nə zaman həll olunacağını demir. Adamı “səbr edin, düzələcək” deyib başlarından edirlər. Normal ölkə olsa, bu rəftara görə onları çoxdan məhkəməyə verərdim. Amma bunun da mənasız vaxt itkisi olduğunu bilirəm.
Dünəndən beləcə internetsiz oturmuşam. Bu ölkədəki bütün özbaşınalıqların və qanunsuzluqların baiskarlarına lənət oxuyuram. Məni hər şeydən artıq yandıran isə “Nar Home”un yalanları və qeyri-ciddi yanaşmasıdır. Əgər bağladığınız müqavilənin şərtlərini pozursunuzsa, mənə bunun əsl səbəbini, onun nə zaman düzələ biləcəyini deməyə, məsul şəxslə danışmaq haqqımı da təmin etməyə borclusunuz. Bu rəftarla, bu etikayla, bu biabırçı xidmət mədəniyyəti ilə hara gedirsiniz?
Səadət
Oxunub: 184