Gültəkin Hacıbəyli
Bu mübarizə zəiflər, iradəsizlər, fürsətcil üçün deyil. Həqiqət, vicdan naminə hər şeyindən- vəzifəsindən, imkanlarından, işindən, rifahından, xoş güzəranından, şəxsi xoşbəxtliyindən, doğmalarından, dostlarından ( Bunu vurğulayaraq yazıram, çünki heç bir hakimiyyət təmsilçisi hakimiyyətin üst səviyyəsindən razılıq, xeyir-dua almadan müxalif cameənin təmsilçilərilə nəinki dostluq etmir, heç qorxusundan salamlaşmır da. Bunu edirlərsə, ya həmin müxalifətçini ciddiyə almırlar, ya özlərinin, yaxud da potensial olaraq özlərinin adamı hesab edirlər) azadlığından, hətta həyatından imtina etməyə hazır olanlar və bunu etməyi bacaranlar üçündür.
Təəssüf ki, Azərbaycanda siyasi mübarizənin şərtləri bu qədər qeyri-insanı və ağırdır. Odur ki, hər kəsin gücü çatmır. Başa düşürəm. Özləri də hər şeyi başa düşür və kənardan da gerçəyin çılpaqlığı ilə ortada olduğunun fərqindədirlər…
Təəssüf. Amma bizim məqsədimiz 5-10 nəfər deyil axı, xalqımızla bütövləşmək, birləşməkdir! Əminəm ki, o gün çox yaxındadır! Düşündüyümüzdən daha yaxında. Bəlkə də elə 10 mart həmin o möhtəşəm tarixin başlanğıcı olacaq! Hamınızı Ümumxalq etirazının bir parçası olmağa dəvət edirik! 10 mart, saat 15.00, Məhsul meydanı. Gözləyəcəyik!
Oxunub: 364