Milli Şura növbəti mitinqin vaxtını təyin edib. Bununla bağlı AXCP sədri Əli Kərimli fb səhifəsində məlumat verib:
“Xalqımıza güvənərək mitinqləri davam etdirmək qərarı verdik. Növbəti mitinqimiz 31 martda saat 15:00-da “Məhsul” stadionunda keçiriləcək. “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” tələb edəcəyik.
Növbəti mitinqimiz həm də Bakıda ermənilərin törətdiyi Mart qırğınının 100 illiyinə təsadüf edir. Biz bu mitinqdə “Erməni terrorunu lənətləyirik!” “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” tələblərini dә irəli sürəcəyik. Hər birinizi ümumxalq mitinqinə dəvət edirik! Mitinqə hamılıqla gəlin ki, dünya da, Azərbaycandakı rejim də səsimizi eşitsin!”
Oxunub: 574