Növbədənkənar prezident seçkisinə start veriləndən üzü bəri Azərbaycanın gömrük məntəqələrində əsl alver başlayıb. Bu aylarda xaricdən maşınlarla (TİR)mal gətirənlərdən əlavə olaraq 4 min manat alınır.
Bunu redaksiyamıza sahibkarlardan biri bildirib. Onun sözlərinə görə, heç bir sənəd təqdim etmədən gömrük rüsumundan əlavə 4 min manat tələb olunur və bu pulun İlham Əliyevin seçki kampaniyasına xərclənməsi üçün yığıldığı bildirilir. Pulu verməyə etiraz edən sahibkarların maşınları sərhəddən buraxılmır. Bu səbəbdən bütün Gömrük Keçid Məntəqələrində böyük sıxlıq yaşanır. Sahibkarın sözlərinə görə, Astara Gömrük Keçid Məntəqəsində də yüzlərlə maşın yığılıb qalıb. “Seçki rüsumu”nu nəzərə almayan sahibkarlar bu məbləği düzəldib gətirənə qədər maşınları girovda saxlanılır. Yalnız pul ödəndikdən sonra onlar sərhəddən buraxılır.
azadliq.info