Hakimiyyəti qəsb etmiş bir qrup mütəşəkkil dəstə tamami ilə öz məsuliyyətin unudaraq, dövlət anlayışın, siyasəti, ictimai rəyi rəsmən ələ salırlar və fərqində də deyillər ki, bunun bədəlini çox ağır ödəməli olacaqlar.
Fikir verin, təhqir və biədəb ifadələri ilə aləmdə məşhur olan birini saxta yolla prezidentliyə namizəd ediblər. 5 nəfər arasında sözü keçməyəna damı ancaq müxalifəti söydürmək üçün pula paraya tutublar, namizədliyin qeydə alıblar.
İndi səs yazıları yayılıb. “Namizəd” səs yazısında aşağı tərbiyəsin nümayiş etdirir. Bundan sonra məlum olur ki, Prezidentin köməkçisi Əli Həsənov bu adamla telefonlaşır, onu təlimatlandırır.
Məlum səs yazısı yayılandan sonra onu yayn jurnalist təzyiq altında təkzib verməyə vadar edildi. Amma hər şey ortadadır. Bu gün prezidentin köməkçisi Əli Həsənov açıqlama verib Hafizlə danışdığın etiraf edib. Sadəcə deyir ki, Balığa dedim ki, məni tərifləyib, başqa məmurları tənqid etmə blablabla.
Bunları daxildən yaxşı tanıyan Eldar Namazov görünür buna görə bir zamanlar demişdi: “Azərbaycanda hələ bu qədər səviyyəsiz bir hakimiyyət olmayıb”.
Məlum səs yazısı burda https://www.youtube.com/watch?v=VxJc6bP4OZY
Məlum açıqlama burda https://apa.az/…/eli-hesenov-menim-hafiz-haciyevle-telefon-…
Cənab Namazovun məlum müsahibəsi: 17437.html
Natiq Ədilov
Oxunub: 1620