Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 2-də belə açıqlama verib.
Kaspiysk Azərbaycana Həştərxandan daha yaxındır.
Sergey Şoyqu Kaspiyskdə böyük tikinti işlərinin getdiyini və donanmada hərbçi heyətin artırılacağını vurğulayıb. O qeyd edib ki, donanmanın köçürülməsi Xəzərdə təhlükəsizlik komponentinin tərkib hissəsidir.
Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Xəzər donanması gəmilərinin bazası üçün yerlərin tikintisinin ilk mərhələsinin 2019-cu ildə başa çatacağını açıqlayıb(novator.az).