Milli Şuranın 14 aprel 2018 il tarixdə Bakıda keçirdiyi mitinqi ərəfəsində polis tərəfindən təzyiqlərə məruz qalan AXCP üzvlərinin siyahısı:
- Eldar Hüseynov – AXCP Ali Məclisinin katibi, partiyanın Rəyasət Heyətinin üzvü, 08.04 tarixdə günorta saatlarında AXCP Xəzər rayon şöbəsinin Qala kəndində qapalı məkan olan çayxanada keçirdiyi müşavirəsində iştirak edərkən polislər tərəfindən saxlanaraq Xəzər rayon polis idarəsinin Mərdəkan qəsəbəsindəki 1 saylı polis bölməsinə aparılıb. Yerli icra hakimiyyətindən icazəsiz yığıncaqda (cəmi 25-30 nəfərlik) iştirak etdiyinə görə qanunu pozduğu, guya bu yığıncağın yerli sakinləri narahat etdiyi ilə bağlı irad bildirilib, ora nə məqsədlə toplandıqları və nə barədə danışdıqları barədə izahat tələb edilib, özü və ailəsi barədə anket məlumatı alınıb və xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- İlham Hüseyn – AXCP Rəyasət Heyətinin üzvü, 08.04 tarixdə günorta saatlarında AXCP Xəzər rayon şöbəsinin Qala kəndində qapalı məkan olan çayxanada keçirdiyi müşavirəsində iştirak edərkən polislər tərəfindən saxlanaraq Xəzər rayon polis idarəsinin Mərdəkan qəsəbəsindəki 1 saylı polis bölməsinə aparılıb. Yerli icra hakimiyyətindən icazəsiz yığıncaqda iştirak etdiyinə görə guya qanunu pozduğu ilə bağlı irad bildirilib, ora nə məqsədlə toplandıqları və nə barədə danışdıqları barədə izahat tələb edilib, özü və ailəsi barədə anket məlumatı alınıb və xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- İradə Əliyeva – AXCP Rəyasət Heyətinin üzvü, 08.04 tarixdə günorta saatlarında AXCP Xəzər rayon şöbəsinin Qala kəndində qapalı məkan olan çayxanada keçirdiyi müşavirəsində iştirak edərkən polislər tərəfindən saxlanaraq Xəzər rayon polis idarəsinin Mərdəkan qəsəbəsindəki 1 saylı polis bölməsinə aparılıb. Yerli icra hakimiyyətindən icazəsiz yığıncaqda (cəmi 25-30 nəfərlik) iştirak etdiyinə görə qanunu pozduğu, guya bu yığıncağın yerli sakinləri narahat etdiyi ilə bağlı irad bildirilib, ora nə məqsədlə toplandıqları və nə barədə danışdıqları barədə izahat tələb edilib, özü və ailəsi barədə anket məlumatı alınıb və xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- Mehriban Hüseynli – AXCP Xəzər şöbəsinin məclis sədri, 08.04 tarixdə günorta saatlarında AXCP Xəzər rayon şöbəsinin Qala kəndində qapalı məkan olan çayxanada keçirdiyi müşavirədə iştirak edərkən polislər tərəfindən saxlanaraq Xəzər rayon polis idarəsinin Mərdəkan qəsəbəsindəki 1 saylı polis bölməsinə aparılıb. Yerli icra hakimiyyətindən icazəsiz yığıncaq təşkil etdiyinə görə guya qanunu pozduğu ilə bağlı irad bildirilib, ora nə məqsədlə toplandıqları və nə barədə danışdıqları barədə izahat tələb edilib, özü və ailəsi barədə anket məlumatı alınıb və xəbərdarlıq edilərək 3 saatdan sonra sərbəst buraxılıb.
- İsmayıl Həsənov – AXCP Nəsimi Şöbəsi, 08.04 tarixdə günorta saatlarında AXCP Xəzər rayon şöbəsinin Qala kəndində qapalı məkan olan çayxanada keçirdiyi müşavirəsində iştirak edərkən polislər tərəfindən saxlanaraq Xəzər rayon polis idarəsinin Mərdəkan qəsəbəsindəki 1 saylı polis bölməsinə aparılıb. Yerli icra hakimiyyətindən icazəsiz yerdə yığıncaqda iştirak etdiyinə görə guya qanunu pozduğu ilə bağlı irad bildirilib, ora nə məqsədlə toplandıqları və nə barədə danışdıqları barədə izahat tələb edilib, özü və ailəsi barədə anket məlumatı alınıb və xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- Baba Süleymanov – AXCP Nəsimi şöbəsi, 12.04 tarixdə axşam saatlarında saxlanılaraq Nəsimi rayon 23-cü polis bölməsinə aparılıb. 1 gecə orda saxlanıb. 04 tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.
- Əliağa Məmmədov (Əli İmanhanlı) – AXCP Nəsimi şöbəsi, 12.04 tarixdə axşam saatlarında saxlanılaraq Nəsimi rayon polis idarəsinə aparılıb. 1 gecə orda saxlanıb. 04 tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.
- İsmayıl Həsənov – AXCP Nəsimi şöbəsi, 12.04 tarixdə axşam saatlarında saxlanılaraq Nəsimi rayon polis idarəsinə aparılıb. 1 gecə orda saxlanıb. 04 tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.
- Cəfər Nərimanov – AXCP Binəqədi şöbəsi, 12.04 tarixdə gecə saatlarında saxlanılaraq Nəsimi rayon 23-cü polis bölməsinə aparılıb. 1 gecə orda saxlanıb. Partiya yoldaşları onu soruşsalar da, bölmədə polislər məlumatı gizlədib, onun burda olmadığını söyləyiblər. 13.04 tarixdə axşam saat 18.00 radələrində xəbərdarlıq edilərək sərbəst buraxılıb. Lakin mobil telefonunu müsadirə edərək yalnız aprelin 17-də qaytaracaqlarını deyiblər.
- Azər Quliyev – AXCP Binəqədi şöbəsi, 12.04 tarixdə gecə saatlarında saxlanılaraq Nəsimi rayon 23-cü polis bölməsinə aparılıb. 1 gecə orda saxlanıb. Partiya yoldaşları onu ordan soruşsalar da, bölmədə polislər məlumatı gizlədib, onun burda olmadığını söyləyiblər. 13.04 tarixdə axşam saat 18.00 radələrində xəbərdarlıq edilərək sərbəst buraxılıb. Lakin polis bölməsində mobil telefonunu müsadirə edərək yalnız aprelin 17-də qaytaracaqlarını deyiblər.
- Saqif Qurbanov – AXCP Rəyasət Heyətinin üzvü, 13.04 tarixdə günorta saatlarında Səbail rayon 8-ci polis bölməsinə çağırılıb. Bir neçə saat sorğu-sualdan sonra axşam saat 17.40 radələrində Sabail rayon məhkəməsinə aparılıb. İXM-nin 535.1 maddəsi ilə 15 sutka inzibati cəza verilib.
- Seyid Bayramov – AXCP Ağstafa şöbəsi, 13.04 tarixdə səhər tezdən Ağstafa rayon polis idarəsinin kənddəki bölməsinə aparılıb.
- Xasay Mehdiyev – AXCP Ağstafa şöbəsindən partiyanın Ali Məclis üzvü, 13.04 tarixdə səhər tezdən Ağstafa rayon polis idarəsinin kənddəki bölməsinə aparılıb.
- Sövdagər Mursaquliyev – AXCP Ağstafa şöbəsinin sədri, 13.04 tarixdə səhər tezdən Ağstafa rayon polis idarəsinin kənddəki bölməsinə aparılıb.
- Vidadi Quliyev – AXCP Sabail şöbəsi, 13.04 tarixdə Sabail rayon polis idarəsinə aparılıb. Axşam gec saatlarında ordan Sabail rayon 8-ci polis bölməsinə aparılıb. Gecə orda saxlanılıb. 14.04 tarixdə səhər saat 10.30 radələrində Sabail rayon məhkəməsinə aparılıb. IXM-nin maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
- Babək Həsənov – AXCP Nərimanov şöbəsinin sədr müavini, 13.04 tarixdə günorta saat 14.50-də Suraxanı rayon 33-cü polis bölməsinə çağırılıb. Onu polis bölməsində saatlarla gözlədib heç bir sorğu aparmayıblar. Gecə (26 saat ərzində) yatmağa imkan vermədən, stulda oturaq vəziyyətdə polis bölməsində saxlayıblar. İnzibati həbs barədə protokol da tərtib ediblər, lakin biləndə ki ikinci qrup əlildir, qanun isə birinci və ikinci qrup əlillərə inzibati həbs verilməsini qadağan etdiyindən məcbur qalıb 14.04 saat 17.30 -da sərbəst buraxıblar.
- Elvin Maqsudlu – AXCP Sumqayıt şöbəsi, 13.04 tarixdə səhər saatlarında Sumqayıt şəhər polis bölməsindən zəng edib saat 15-də polis bölməsinə gəlməsi tələb olunub. Getməyib.
- Ələddin Quliyev – AXCP Sumqayıt şöbəsi, 13.04 tarixdə səhər saatlarında Sumqayıt şəhər polis bölməsindən zəng edib saat 15-də polis bölməsinə gəlməsi tələb olunub. Getməyib.
- Ruslan Nəsirli – AXCP Gənclər Komitəsi Ali Məclisinin sədri, 13.04 tarixdə Saatlı rayonunda evinin qarşısında Saatlı rayon polisi əməkdaşları tərəfindən həbs olunub. 04 tarixdə Saatlı rayon məhkəməsi tərəfindən İXM-nin maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
- Vüsal Rəsulov – AXCP Sabunçu şöbəsi, 14.04 tarixdə səhər saat 11.00 radələrində evindən Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb. Həmin tarixdə axşam saat 18.30 radələrində sərbəst buraxılıb.
- Rəşid Turabov – AXCP Xətai şöbəsi, 14.04 tarixdə səhər saatlarında evinə polislər gəlib onu axtarıblar, evdə olmayıb. Mitinqə getməsi əngəllənməsin deyə bir neçə gündür başqa yerdə qalır.
- Nicat Nizamov – AXCP Suraxanı şöbəsi, 14.04 tarixdə səhər Suraxanı rayon 30-cu polis bölməsindən evinə gedib onu axtarıblar, mitinqdən öncə evdə qalmadığı üçün tapmayıblar. Polis əməliyyatçısı telefonuna zəng edib deyib ki, Məhsul stadionunda olsa belə onu tapıb tutacaqlar. Həmin tarixdə günorta saat 12.40 radələrində Nicat Nizamov mitinqin təyin edildiyi Məhsul stadionunun qarşısından həbs edilərək Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb. Mitinqin vaxtı bitəndən sonra axşam saat 17.00 radələrində sərbəst buraxılıb.
- Oktay Namazov – AXCP Suraxanı şöbəsi, 13.04 tarixdə Suraxanı rayon 31-ci polis bölməsindən telefonuna zəng edib israrla polisə gəlməsini tələb ediblər, gedib, bir gecə orda saxlanıb. 14.04 tarixdə axşam saat 19.00 radələrində sərbəst buraxılıb.
- Famil Babayev – AXCP Suraxanı şöbəsi, 13.04 tarixdə Suraxanı rayon 31-ci polis bölməsinə çağırılıb, gedib, bir gecə orda saxlanıb. 14.04 tarixdə axşam saat 19.00 radələrində sərbəst buraxılıb.
- Bəhruz Həsənov – AXCP Suraxanı şöbəsinin sədri, mitinqdən öncə 2 gün ərzində Suraxanı rayon polis idarəsi tərəfindən axtarılır, evdə qalmadığı üçün tapa bilmir.
- İsgəndər Abbasov- AXCP Suraxanı şöbəsi, Qarabağ qazisi, 13.04 tarixdə Suraxanı rayon 30-cu polis bölməsinin əməkdaşları evinə gəlib axtarıblar, evdə olmayıb, atasını girov kimi aparıb bölmədə saxlayıblar ki, oğlu gəlsin.
- Natiq Həsənov – AXCP Xətai şöbəsi, partiyanın təşkilat şöbəsinin üzvü, 14.04 tarixdə səhər saat 09.45-də evdən Yasamal rayon polis idarəsinə aparılıb. Saat 14.00 radələrində ordan Yasamal rayon 27-ci polis bölməsinə aparılıb. Həmin tarixdə axşam saat 17.45-də sərbəst buraxılıb.
- Bəxtiyar İmanov – AXCP Rəyasət Heyətinin üzvü, 13.04 – 14.04 tarixlərdə polis tərəfindən axtarılıb.
- Arif Nağıyev – AXCP Xətai şöbəsi, 14.04 tarixdə saat 14.00 radələrində mitinqin keçirildiyi Məhsul stadionunun qarşısından Yasamal rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb əvvəlcə polis idarəsinə, sonra da 28-ci polis bölməsinə aparılıb. Mitinqdə seçki saxtakarlığına etiraz üçün hazırlanmış qırmızı kartları ondan müsadirə ediblər, kartların haradan gətirildiyi, bunu kimlərin sifarişi ilə etdiyi barədə sorğu-sual ediblər, onu polis bölməsində döyüblər. Mitinqin vaxtı bitəndən sonra həmin gün axşam saatlarında sərbəst buraxıblar.
- Süleyman Məhərrəmov – AXCP Xətai şöbəsi, 14.04 tarixdə saat 14.00 radələrində mitinqin keçirildiyi Məhsul stadionunun qarşısından Yasamal rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb əvvəlcə polis idarəsinə, sonra da 28-ci polis bölməsinə aparılıb. Mitinqdə seçki saxtakarlığına etiraz üçün hazırlanmış qırmızı kartları ondan müsadirə ediblər, kartların haradan gətirildiyi, bunu kimlərin sifarişi ilə etdiyi barədə sorğu-sual ediblər, onu polis bölməsində döyüblər. Mitinqin vaxtı bitəndən sonra həmin gün axşam saatlarında sərbəst buraxıblar.
- İlham Aslanoğlu – AXCP Xətai şöbəsi, 14.04 tarixdə saat 14.00 radələrində mitinqin keçirildiyi Məhsul stadionunun qarşısından Yasamal rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb əvvəlcə polis idarəsinə, sonra da 28-ci polis bölməsinə aparılıb. Mitinqdə seçki saxtakarlığına etiraz üçün hazırlanmış qırmızı kartları ondan müsadirə ediblər, kartların haradan gətirildiyi, bunu kimlərin sifarişi ilə etdiyi barədə sorğu-sual ediblər. Mitinqin vaxtı bitəndən sonra həmin gün axşam saatlarında sərbəst buraxıblar.
- Nicat Abdullayev – AXCP Binəqədi şöbəsi, partiyanın Ali Məclis üzvü, 04 tarixdə səhər saatlarında Yasamal rayon polis cinayət axtarış şöbəsindən zəng edib onu polis idarəsinə çağırıblar, getməyib.
- Emin Maniyev – AXCP Nəsimi şöbəsi, 13.04 tarixdə gecə saat 22.00 radələrində Xəzər rayon polis idarəsindən zəng edib çağırıblar, getməyib, vaxtın gec olduğunu və çağırış vərəqəsi olmadan polisə getməyəcəyini söyləyib. Sonra daha bir neçə dəfə zəng ediblər, telefona cavab verməyib. 14.04 tarixdə səhər tezdən atasına zəng edib Xəzər rayon 1-ci polis bölməsinə çağırıblar, gedib. Polis bölməsində atasını oğlu mitinqə getməsin deyə girov saxlayıblar, atasını Emin Maniyev mitinqdə iştirak edəcəyi təqdirdə ya stadiona girişdə, ya da başqa gün həbs edəcəkləri ilə hədələyiblər. Həmin gün saat 15.00 radələrində atası sərbəst buraxılıb.
- Vahid Dadaşov – AXCP Hacıqabul şöbəsi, 14.04 tarixdə Hacıqabul rayon polis şöbəsi tərəfindən saxlanıb, mitinqin vaxtı bitəndən sonra sərbəst buraxılıb.
- Kamal Heydərov – AXCP Hacıqabul şöbəsinin sədri, 14.04 tarixdə Hacıqabul rayon polis şöbəsi tərəfindən saxlanıb, mitinqin vaxtı bitəndən sonra sərbəst buraxılıb.
- Aqil Məhərrəmov – AXCP Rəyasət Heyətinin üzvü, 13.04 tarixdə Sabunçu rayon polis şöbəsinin əməkdaşları evinə gediblər, evdə heç kim olmayıb. Sonra həmin tarixdə telefonuna zəng edib polisə çağırıblar, getməyib.
- Əflatun Əhmədzadə – AXCP Neftçala şöbəsinin sədri, 13.04 tarixdə saat 16.00-da Neftçala rayon polis şöbəsi tərəfindən saxlanılıb, polis rəisi və müavini tərəfindən mitinqlə bağlı xeyli təhdid edilib, xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb. 14.04 tarixdə evi 2 polis əməkdaşı tərəfindən nəzarətdə olub.
- Allahşükür Əlizadə – AXCP Neftçala şöbəsinin sədr müavini, 13.04 tarixdə saat 16.00-da Neftçala rayon polis şöbəsi tərəfindən saxlanılıb, polis rəisi və müavini tərəfindən mitinqlə bağlı təhdid edilib, xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- Tahir Nağıyev – AXCP Neftçala şöbəsi, 13.04 tarixdə saat 16.00-da Neftçala rayon polis şöbəsi tərəfindən saxlanılıb, polis rəisi və müavini tərəfindən mitinqlə bağlı təhdid edilib, xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.
- Cəlil Hüseynli – AXCP Yasamal şöbəsinin sədri, 14.04 tarixdə səhər saat 11.30 radələrində Yasamal rayon polis idarəsindən evinə gəlib onu soruşublar, ailə üzvləri evdə olmadığını söyləyiblər. Polislər evinin önündə maşında 1 saat gözləyib gediblər. Həmin tarixdə saat 14.30 radələrində mitinqə gedərkən yolda polis tərəfindən saxlanıb, 2 saat polis maşınında onu sorğu -sual ediblər. Yaşadığı küçədə baş vermiş oğurluq hadisəsi barədə söhbət etmək istədiklərini bildiriblər. Mitinqin vaxtı bitəndən sonra sərbəst buraxılıb.
- Əli Abdullayev – AXCP Şəki şöbəsindən partiyanın Ali Məclisinin üzvü, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- İslam Həsənov – AXCP Şəki şöbəsinin sədri, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- Samir Həsənov – AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- Mübariz Abdulkərimov – AXCP Şəki şöbəsi, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- Süleyman Məmmədəminli- AXCP Şəki şöbəsi, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- İlqar Məmmədov – AXCP Şəki şöbəsi, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- Murad Aqilov – AXCP Şəki şöbəsi, 14.04 tarixdə səhər saatlarında Şəkidən Bakıya mitinqə gələrkən Abşeron rayon polis şöbəsi tərəfindən saxlanaraq Xırdalandakı polis bölməsinə aparılıb. Özü, ailəsi, məşğuliyyəti barədə sorğu-sual edilib. Axşam saat 16.30 radələrində sərbəst buraxılıb.
- Çapay Sadıqlı – AXCP Bərdə şöbəsinin sədri, 13.04 tarixdə günorta saatlarından polis nəzarətində olub, 14.04 tarixdə səhər saat 07.30-da 2 nəfər polis zabiti evinə gəlib Bərdə rayon polis şöbəsinə getməli olduğunu deyiblər. Həmin gün saat 15.00-a qədər polisdə saxlanıb.
- Adil Abdullayev – AXCP Bərdə şöbəsi, 14.04 tarixdə Bərdə rayon polis şöbəsi tərəfindən saxlanıb, mitinqə getməsi əngəllənib.
Qeyd: 1) Yuxarıdakı siyahıdan əlavə onlarla AXCP üzvü mitinqə getmələri əngəllənməsin deyə mitinq ərəfəsində və mitinq günü evdə qalmayıblar, polis zənglərinə cavab verməyiblər. Mitinq günü evləri polis nəzarətində olub.
2) Hüseyn Fərəcov – Neftçala rayonu, Müsavat partiyasının üzvü, siyasi məhbus, AXCP üzvü Elnur Fərəcovun atası, 13.04 tarixdə saat 16.00-da Neftçala rayon polis şöbəsi tərəfindən saxlanılıb, polis rəisi və müavini tərəfindən mitinqlə bağlı təhdid edilib, xəbərdarlıq edilərək 2 saatdan sonra sərbəst buraxılıb.