Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın təmsil olunduğu Respublika Partiyası etiraz hərəkatının lideri, deputat Nikol Paşinyanın baş nazir seçilməsinə mane olmayacaq. Bu barədə partiyanın parlamentdəki fraksiyasının rəhbəri Baqram Baqdasaryan açıqlama verib. Baqdasaryan aprelin 29-da Paşinyanla görüşüb və bu açıqlamanı görüşdən sonra verib. Ermənistan parlamentində yeni baş nazir seçkisi mayın 1-də olmalıdır.
Baqdasaryanın açıqlaması yeni baş nazirin Paşinyan olacağını göstərir.