AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov bu gün saat 18:00 radələrində 2 polis serjanti tərəfindən yolda saxlanılaraq polis şöbəsinə aparılıb. Bu xəbəri Şəki rayon şöbəsinin sədri İslam Həsənov verib. Onun sözlərinə görə, xəbəri alan kimi Şəki polis şöbəsinə gedib həbsin səbəbini öyrənmək istəyib. Amma Samir bəyin saxlanma səbəbi haqqında heç nə deməyiblər. Hal hazirda o, polis şöbəsində saxlanılır.