Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP üzvü Cəlil Məhərrəmovun oğlu Məhərrəm Cəlilioğlunun şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məlumat üçün bildiririk ki, Aprelin 25-də Binəqədi rayon Məhkəməsi Məhərrəm Cəliloğlu haqqında 2 aylıq inzibati həbs qərarı çıxartmışdı. Məhkəmə qərarında onun narkotikada ittiham edildiyi bildirilirdi.
Hakim Həsən Əhmədov aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağa üstünlük verərək şikayəti təmin etməyib.
Məhkəmədən sonra Məhərrəm Cəliloğlunun atası Cəlil Məhərrəmov həbsin siyasi motivli olduğunu və AXCP-yə və şəxsən onun özünə qarşıı olduğunu bildirib. O bundan əlavə, oğluna qarşı qanuna və əxlaqa zidd formada təzyiq göstərildiyini də bəyan edib.
Oğlu şərlənib həbs edilən AXCP üzvü
Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP üzvü Cəlil Məhərrəmovun oğlu Məhərrəm Cəliloğlunun şikayəti üzrə məhkəmə prosesi keçirilib. M.Cəliloğlu aprelin 25-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq inzibati həbs cəzası alıb.Apellyasiya məhkəməsində Hakim Həsən Əhmədov şikayəti təmin etməyib və əvvəlki qərarı qüvvədə saxlayıb. Məhkəmədən sonra Məhərrəm Cəliloğlunun atası Cəlil Məhərrəmov həbsin siyasi motivli olduğunu və özünə təzyiq məqsədi güddüyünü bildirib.
Publicerat av Azadlıq Qəzeti den 4 maj 2018