Şərlənərək həbs edilən Müsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşudova bu gün Şirvan məhkəməsində hökm oxunub.
Vəkil Osman Kazımovun iştirakı ilə keçirilən məhkəmədə Ə. Xurşudova 5 il iş verilib.
Xatırladaq ki, 2017-ci il, noyabrın 22-də heç bir əsas olmadan polisin saxladığı Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.