Hakimiyyətin AXCP-yə qarşı repressiyaları səngimək bilmir. Dünən növbəti dəfə cəbhəcilərdən biri oğurlanıb. Bu dəfə AXCP Gənclər Komitəsinin Ali Məclisinin üzvü Orxan Baxışlını mülki geyimlilər Akademiya bağından qəflətən yaxalayaraq naməlum istiqamətə aparıblar. Bu gün bəlli olub ki, Orxan Baxışlı Yasamal Polis İdarəsindədir. Ona qarşı cinayət işi açılacağı ehtimal edilir.
Orxan Baxışlı bir neçə gün əvvəl 30 günlük inzibati həbsdən çıxıb.