Çovdarov xəstə olduğu üçün zala həkim nəzarəti altında gətirilib.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: “Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın”. Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub. Jurnalistlər zaldan kənarlaşdırılıb.
Ruslan Çovdarov məhkəməyə müraciətində qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.
A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
Proses mayın 22-də davam edəcək.