Rusiyanın “yeni” prezidenti Vladimir Putin köhnə dostunu təzədən baş nazir seçdirib. Dövlət Duması da Dmitri Medvedevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
Putin prezident postuna təsdiqlənəndən sonra Nazirlər Kabineti istefaya göndərilmişdi. Ancaq Putin yenidən Dmitri Medvedevlə işləmək arzusunda oilduğunu bildirib. Ölkənin ağır günlərində onun bu vəzifənin öhdəsindən uğurla gəldiyini, qətiyyətli addımlar atdığını iqtisadiyyatı dirçəltdiyini vurğulayaraq deputatları Medvedevin namizədliyini dəstəkləməyə çağırıb. Onun lehinə 374 deputat (83,1%), əleyhinə isə 56 deputat səs verib. Bitərəf qalan olmayıb.
D.Medvedevin hökumət başçısı olması üçün 226 səs gərək idi.
azadliq.info