Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində (Stepanakert) 9 May münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Dağlıq Qarabağa səfər edib.
Mərasimdən sonra Nikol Paşinyanla Bako Sahakyan Şuşaya baş çəkiblər.
Ermənistan parlamenti tərəfindən baş nazir vəzifəsinə seçilmiş Nikol Paşinyanı səfərdə xarici informasiya agentlikləri nümayəndələri müşayiət edir.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi “Financial Times”, “Associated Press”, “Agence France Press” kimi media qurumlarının rəsmi məktubla nazirliyə müraciət edərək Qarabağa səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş etdiklərini bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyünə və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin səfərinə etiraz edilməyib.
Ermənistan hökumətinin məlumatına görə, bu gün Xankəndində (Stepanakert) Ermənistanın baş naziri xarici KİV nümayəndələri üçün mətbuat konfransı keçirəcək. (BBC azeri)