Mayın 25-dә hәbs edilәn vә barәlәrindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçilәn 3 AXCP funksionerindәn sonuncunun, AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin əməkdaşı – Aqil Mәhәrrәmovun da apellyasiya şikayәrinә baxılıb vә şikayәt tәmin olunmayıb. Bu gün Bakı Apellyasiya Mәhkәmәsindә qapalı keçirilәn prosesdә hәbs qәtimkan tәdbiri barәdә Nәsimi mәhkәmәsinin qәrarı qüvvәdә saxlanılıb.
Dünәn isә onunla eyni gündә hәbs olunan Ruslan Nәsirli vә Babәk Hәsәnovun apellyasiya mәhkәmәsi olub vә barәlәrindә verilәn hәbs qәtimkan qәrarı qüvvәdә saxlanılıb.
Dünәn olduğu kimi, bu gün dә partiya sәdri Әli Kәrimli başda olmaqla, xeyli sayda AXCP üzvü vә ictimai-siyasi fәal mәhkәmә önünә toplaşaraq A.Mәhәrrәmova dәstәklәrini ifadә ediblәr. Prosesdәn sonra Ә.Kәrimli ictimaiyyәt üçün açıqlama verib.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 1 juni 2018
***
Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində 1 həftə əvvəl həbs edilmiş AXCP funksionerləri Ruslan Nəsirli və Babək Həsənovun şikayətinə baxılıb. Şikayət onların barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsindən verilmişdi. Şikayətlərin heç biri təmin edilməyib və aşağı instansiya məhkmələrinin qərarları qüvvədə saxlanılıb.
Onlarla eyni gündə həbs edilən Aqil Məhərrəmovun apellyasiya məhkəməsi isə 1 iyun, saat 11:00-da olacaq.