Bu gün, iyunun 11-də Baş Prokurorluq Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, iyunun 10-da saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «Kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə xəstəxanaya gətirilib: «Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb. Zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib».
***
Saatlının Smada kəndində MKT ( Mahmud, Kamaləddin, Topal ) şirkətinə məxsus pambıq sahəsində becərmə ilə məşğul olan işçilər arasında kütləvi zəhərlənmə olub. Səbəb, pambıq sahəsinə, Trips ziyanvericisinə qarşı istifadə olunan preparatdır. Bu preparat çilənmiş sahələrə ən azı 10 gün müddətində insanların girməsi qəti qadağandır. Dünən Sabirabadın Moranlı kəndindən gətirilmiş işçilər həmin sahədə becərmə işləri ilə məşqul olub. Nəticədə otuza yaxın işçi arasında kütləvi zəhərlənmə baş verib, Onlardan üçünün vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılı.
Bu barədə Ziyafət Hüseynli adlı rayon sakini məlumat verib.
Pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 nəfərin tam siyahısını təqdim edirik: