Avropa Məhkəməsi jurnalistlərin şikayətləri üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı Facebook profilində yazıb.
O vaxtlar Cəlal Əliyevin şikayəti üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə həbs olunan Yaşar Ağazadə və Rövşən Mahmudovun şikayəti üzrə Konvensiyanın 10-cu maddəsinin pozuntusunun olub-olmaması ilə bağlı;
2009-cu ildə Təhmasib Novruzovun şikayəti əsasında CM-in 148 (təhqir) maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən jurnalist Sərdar Əlibəylinin 2 şikayəti üzrə;
Əli Rəşid oğlu Həsənovun (mərhum) 2008-ci ildə CM-in 148-ci maddəsi ilə 6 ay müddətinə məhkum edilməsinə dair şikayəti üzrə kommunikasiya başlayıb.