İyulun 6-da polisin Cəlilabadda yaşadığı evdən götürərək Bakıya gətirdiyi “Azel.tv” saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqovun yeri bəlli olub. Məlum olub ki, Ə.Sadıqova Nərimanov məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri il təqsirli hesab edilib. Qərarın icrası inzibati həbs olunanların saxlama təcridxanasına həvalə olunsa da jurnalistin həyat yoldaşına Əfqanın təcridxanada olmaması bildirilib.
Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Daxili İşlər orqalarına, insan haqları üzrə ombundsmana müraciət etsə də hələlik heç bir cavab almadığını deyib.