Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, siyasi məhbus Məmməd İbrahim haqqında Yasamal rayon məhkəməsi 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə təqsirləndirilib, 2 aylıq həbs qəti imkan tədbiri seçib. Bu haqqda məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim yayıb.
Xatırladaq ki, Turan İbrahim dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənovla görüşmüşdü. Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov ona, heç bir problem olmadığını və Məmməd İbrahimin bu gün azadlığa buraxılacağını demişdi.
Məmməd İbrahim hal-hazırda Kürdəxanıda Bakı istintaq təcridxanasındadır.
Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 29-da həbs olunub. Ona Cinayət Məcəlləsinin 221..2.2 maddəsi ilə ittiham irəli sürülmüşdü. Nərimanov məhkəməsi onun barəsində 3 il azadlıqdan mərhumetmə çəzası çıxarıb, apellyasiya və kasasiya instansiyaları hökmü qüvvədə saxlayıb. Çəzasının bitməsinə 2 gün qalmış Cəzaçəkmə müəssisəndə axtarış aparılaraq yastığının altından bıcaq tapılıb.
Məmməd İbrahimə qarşı uydurma cinayət işi ilə bağlı AXCP sədri Əli Kərimli özünün fb səhifəsində fikirlərini bölüşüb:
“Bu qədər saxtakarlıqmı olar? Dünən 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Həsənov özü Məmməd İbrahimin oğlu Turan bəyi qəbul edib. Məmməd bəylə bağlı problem olmadığını, bu gün azad ediləcəyini deyib. İndi isə Məmməd bəyi qarşılamağa gedən ailəsinə və dostlarına deyirlər ki, onu yenidən lənətə gəlmiş Kürdәxanı istintaq təcridxanasına göndəriblər. Bәlli olur ki, artıq Yasamal rayon mәhkәmәsindә Mәmmәd bәy barәsindә 2 aylıq hәbs-qәtimkan tәdbiri seçilib.
Nədir bu adamların dərdi? Nifrətmi, qorxumu, kinmi, qisas hissimi, yoxsa hamısı bir yerdə? Şübhə etməyin, bu nifrət də, kin də, bumeranq kimi özlərini vuracaq.
Məmməd İbrahimə azadlıq tələb edirik!”
Azadliq.info