Qubad Ibadoğlu
Bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq.
1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub. Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.
Bu İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatmışdır, bu gedişlə əhalinin sayı 2019-cu ilin ortalarında 10 milyona çatacaq. Yeri gəlmişkən, ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında göstərici 0,5 faizə düşüb.
Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq ölənlərin sayının artması, yaşam şərtlərinin pisləşməsi və xaricə miqrasiyanın çoxalmasıdır.