Open.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb.
Open.az-ın əldə etdiyi məlumata görə, A. Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.