9 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, 3-cü sinif şagirdi, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədov bədbəxt hadisə nəticəsində ölüb. İlkin ehtimala görə, H.Səmədov həyətdəki yelləncəkdə yellənərkən ehtiyatsızlıqdan yelləncəyin kəndiri boğazına dolanıb. Köməksiz vəziyyətdə qalan uşaq orada boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azər