Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Bu barədə noyabrın 15-də ölkə başçsı İlham Əliyev sərəncam imzalayıb.
Bəzi mətbu iddialara görə Abel Məhərrəmovun işdən çıxarılmasına səbəb bir müddət əvvəl geniş nümayəndə heyətinin tərkibində səfər etdiyi Madriddə qalmaqal yaratması, daha dəqiqi şeyxülislam Allahşükür Paşazadə ilə dalaşmasıdır.
Yerli mediada buna qədər də Abel Məhərrəmov və onun İspaniyada səfir işləyən oğlu Anar Məhərrəmov haqqında bir sıra ittihamlar dərc olnub. Əsas ittiham ata-oğul Məhərrəmovların diplomatik yük adı altında İspaniya-Azərbaycan arası şərab biznesilə məşğul olmaları haqdadır.