Noyabrın 28-də Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib. İkinci turda hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatın namizədi Qriqol Vaşadze yarışıb. Hələ yekun rəsmi nəticələr açıqlanmasa da, exit-polların nəticələrinə əsasən seçkinin qalibi Zurabişvilidir.
Məşhur Gallup qrupunun apardığı rəy sorğusunun nəticələrinə görə Zurabişvili ikinci turda səslərin 58 faizini, Vaşadze isə 42 faizini qazanıb.
ABŞ-ın Edison Research firması tərəfindən aparılan başqa bir sorğunun nəticələrinə görə Zurabişvili 55, Vashadze 45 faiz səs alıb.
Zurabişvili rəsmən qalib elan ediləcəyi təqdirdə, Cənubi Qafqazın ilk qadın prezidenti olacaq.