Son məlumat bundan ibarətdir ki, Milli Şura sədri Cəmil Həsənli və saxlanılanların əksəriyyəti artıq sərbəst buraxılıb. AXCP sədri Əli Kərimli və daha bir neçə nəfər AXCP fəalı isə hələ də Səbail Polis İdarəsində saxlanılır. AXCP fəallarından 7-i barədə İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsilə protokol tərtib edildiyi və onların məhkəməyə aparılacağı xəbər verilir.
***
Səbail polis idarəsinin qarşısına toplaşaraq, idarədə olan sədrləri Əli Kərimli və partiyadaşlarından xəbər gözləyən AXCP fəalları da polis zorakılığına məruz qalıb. Onları zorla idarənin qarşısından kənarlaşdırmağa çalışıblar. AXCP fəallarının dağılmadığını görən polislər əraziyə avtobuslar gətirib və onları zorla avtobuslara mindirərək ərazidən uzaqlaşdırıblar. Bununla belə, AXCP üzvləri polis idarəsinin yaxınlığında toplaşaraq gözləyirlər.
***
Noyabrın 17-i saat 15-dә Milli Şura vә AXCP Milli Dirçәliş Günü münasibәtilә Şәhidlәr Xiyabanını ziyarәt etmәk istәyib. Lakin polis qüvvәlәri ziyarәtә imkan vermәyib. Ziyarәtә gәlәnlәrin qarşısını kәsib, zorakılıqla әrazidәn uzaqlaşdırmağa başlayıblar. Ziyarәtçilәrin polisi tәdbirin keçirilmәsinә razı salmaq cәhdlәri nәticә vermәyib. AXCP sәdri Әli Kәrimlinin və Milli Şura sədri Cəmil Həsənlinin hadisә yerinә gәlişi vә mәsәlәyә müdaxilәsi dә vәziyyәti dәyişmәyib. Әksinә, polislәr zorakılığı artıraraq Әli Kәrimlini, Cəmil Həsənlini vә onlarla AXCP fәalını saxlayıb. Saxlanılanlar Sәbail Polis İdarәsinә aparılıb.
Azadliq.info