Noyabrın 23-də Brent markalı neft füçerslərinin qiyməti bir barelə görə $60-dan aşağı olub. Gün ərzində enmə 5%-ə yaxın olub (təxminən $3).
Saat 17:00-a olan məlumata görə, qiymət $59,32 olub ki, bu da 2017-ci ilin oktyabr ayının səviyyəsindən aşağıdır.
Şimal nefti (WTI) daha ucuzdur, sözügedən gedən vaxtda $50,95 olub, gün ərzində 6%-dən ($3,5) çox itirib.
Azərbaycan nefti də sürətlə ucuzlaşır, 60 dollardan aşağı enib.
Bloomberg qeyd edir ki, neft hasilatın həcminin rekord göstəricilərə çatması ilə bağlı Səudiyyə Ərəbistanının bəyanatları fonunda ucuzlaşır. Energetika naziri Xalid əl-Falixin məlumatına görə, təkrar istehsalın həcmi sutkada 10,7 mln. barel təşkil edir(Turan).